Məşhur futbolçu Xose Rodriqes Paris klubunun prezidenti Nasİr Əl-Halifini tənqid edib.
İnterpress.az xəbər verir ki, “Real Madrid”in və PSJ-nin sabiq hücumçusu Xose Rodriqes Paris klubunun prezidenti Nasİr Əl-Halifini futbolçulara hörmətsizlik etdiyinə görə tənqid edərək, narazılığını bölüşüb.
Xose PSJ-dəki karyerasının yaxşı başladığını, lakin səhhətində yaranan problemlərə görə iki ay kənarda qaldıqdan sonra vəziyyətin kəskin şəkildə dəyişdiyini deyib.
Qışda klub ona getməli olduğuna eyham vurub ki, o, bunu ona qarşı xəyanət hesab edirdi.
“Əl-Halifi məni görmək belə istəmədi. Bəzən mənə elə gəlirdi ki, o, bir futbolçu kimi məndən çox həyat yoldaşımla maraqlanır”, – Xose bildirib.
Xuraman Etibarlı
İnterpress.az