PSJ-nin ulduz futbolçusu Lionel Messi İspaniyanın müxtəlif bölgələrində yayılmış lüks hotellər şəbəkəsinə sahibdir.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu dəfə Kadis vilayətində aldığı hotellə gündəmə gəlib.
Belə ki, Messi aldığı hotelin bütün işçilərini – 40 əməkdaşını işdən çıxarıb. Argentinalının bu qərarı sərt tənqid olunub.
Hotelin yerləşdiyi Sotoqrande şəhərinin meri onun bu addımını tənqid edib və bu məsələyə səssiz qalmayacağını bildirib.