Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edibbackend

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hücumçu Lionel Messi doğma şəhəri Rosarioda Argentinanın futbol üzrə millisinin 2022-ci il dünya çempionatındakı qələbəsini parlaq şəkildə qeyd edib.

Futbolçu Milad bayramı günlərində şəhərdəki gecə klublarından birinə baş çəkib və orada dünya çempionatındakı qələbəsini qeyd edib. Şənliyin videogörüntüsü sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, dekabrın 18-də futbol üzrə dünya çempionatının finalında Argentina millisi Fransa yığmasına qalib gələrək kubokun yeni sahibi olub. 35 yaşlı Messi üçün bu, karyerasında ilk Dünya Kuboku tituludur.

Messi yeddi oyunda yeddi qol (dördü penaltidən) vurub və üç məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı oyunçusu olub.