Yeni televiziya mövsümündə telekanallarda bir çox aparıcı dəyişikliyi edilib.
Yenisabah.az axşam.az-a istinadən bildirir ki, MTV-də də yeni simalar görünəcək.
Aparıcı Mətanət Əliverdiyeva sözügedən kanaldakı fəaliyyətinə son qoyub.
O, bundan sonra yalnız Xəzər TV-də efirə çıxacaq.
MTV-yə yeni gələn simalar arasında Mikayıl Güləddinoğlu yer alır.
O, DTV ilə yollarını ayırıb.
Qeyd edək ki, Mətanət Əliverdiyeva ATV-dən ayrıldıqdan sonra bir müddət Space TV-də çalışıb. Daha sonra MTV-də “6/8 axşam şousu” adlı proqram aparıb.
O, hazırda Xəzər TV-də “Gəzək bişirək” proqramına aparıcılıq edir.
Mikayıl Güləddinoğlu “Space” telekanalı ilə yollarını ayırdıqdan sonra “Gəldimee gəldim” proqramını DTV-də davam etdirib.