Metroda yeni qatarların sayı 23-ə çatdırılacaqbackend

Metroda yeni qatarların sayı 23-ə çatdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteni daha 4 qatar alıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Bundan başqa stansiyalardakı istismar müddətini başa vuran havalandırma qurğuları da yenilənib.

İnterpress.az xəbər verir ki, Bakı metropoliteni daha 4 qatar alıb.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, artıq yeni qatarlar sifariş verilib.

Metropoliteninin Elektromexaniki xidmətinin rəisi Nüsrət İbrahimov isə deyib ki, metropolitendə mikroiqlim şəraiti müasir tələblərin səviyyəsinə qaldırılır. Artıq istismar müddətini başa vuran havalandırma qurğuları yenilənib-deyə xidmət rəisi bildirib.

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq deyə xidmət rəisi qeyd edib.(xezer tv)