“Microsoft” şirkəti Rusiyada yeni məhsulların satışını və xidmətlərin göstərilməsini dayandırmağa qərar verib.
İnterpress.az xəbər verir ki, bu barədə şirkətin prezidenti və vitse-sədri Bred Smit bəyanatında bildirib:
“Rusiyada “Microsoft”un məhsul və xidmətlərinin satışlarını dayandırdığımızı elan edirik. Rusiyanın hərəkətlərini əsassız və qeyri-qanunidir. “Microsoft” hazırda Ukraynaya kiberhücumlara qarşı mübarizədə kömək edir”.