2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.
Universitetdən İnterpresse-e bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri yanvarın 6-dan başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı (bu həftə çərşənbə günü) saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü yanvarın 19-da keçiriləcək.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.