Mingəçevirdə 49 yaşlı qadın dəm qazından ölübbackend

Mingəçevirdə 49 yaşlı qadın dəm qazından ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə 49 yaşlı qadın dəm qazından boğularaq ölüb.

İnterpress.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış.

Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbləri araşdırılır.(apa)