ATƏT-in Mink qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı.
İNTERPRESS.AZ xəbər verir ki, bunu Trend-in “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.
Ə.Hüseyli bildirib ki, Azərbaycan bu məsələni əks-hücum əməliyyatları ilə həll etdi:
“Minsk qrupunun bundan sonra hansısa fəaliyyətlə məşğul ola biləcəyi sualına gəlincə isə yeganə fəaliyyət ondan ibarət ola bilər ki, onlar Erməistanı 10 noyabr sazişinin müddəalarını icra olunmasına təşviq etsinlər və bunu çəkinmədən etsinlər. Burada onların bir faydası ola bilər.
Münaqişə artıq mövcud deyil, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Mövcud olan bir sıra problemlər var və onların həlli üçün zamana ehtiyac var. Azərbaycan tərəfinin səsləndirdiyi, həyata keçirdiyi bütün işlərin altında onların imzası var və onlara vasitəçi, qarant olmuş Rusiya dövlət başçısının imzas var. Yəni hal-hazırda ATƏT-in Minsk qrupunun görə biləcəyi faydalı iş yalnız bu ola bilər. Yəni Ermənistanı bu işləri sürətlə icra etməyə təşviq etmək”.
İNTERPress.az
.