Misir Mərdanov Ramiz Mehdiyevlə bir arada – FOTOLARbackend

Misir Mərdanov Ramiz Mehdiyevlə bir arada – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Ramiz Mehdiyevin sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 
İnterpress.az-ın əldə etdiyi məlumata görə, iclasda iştirak edənlər arasında akademiyanın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov da var.
 
İclasda bir sıra qərarlar qəbul olunub və tapşırıqlar verilib.
 
Qeyd edək ki, Misir Mərdanov bir neçə gün öncə AMEA prezidenti Ramiz Mehdiyevi sərt şəkildə tənqid edib. O, Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. Həmçinin Rəyasət Heyətinin yerləşdiyi tarixi binada AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.
 
Xatırladaq ki, son günlər AMEA-nın alimləri Ramiz Mehdiyevi istefaya səsləyiblər.