Misir Prezidenti Azərbaycana səfər edəcəkbackend

Misir Prezidenti Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.

İnterpress.az xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.