Tramp məşhur türk şef-aşpazından bəyəndili təndirin reseptini istəyib
İnterpress.az xəbər verir ki, bu barədə türk jurnalist Ertuğrul Özkök məlumat yayıb.
NATO sammitinin şam yeməyi menyusunu hazırlayan “Mişlen” ulduzlu məşhur türk şef-aşpaz Fatih Tutak maraqlı açıqlama verib.
O bildirib ki, Donald Tramp sammit zamanı təqdim olunan yeməklərdən ən çox bəyəndi (badımcan pürəsi) ilə birgə təqdim edilən dana qabırğasından təndiri bəyənib.
Fatih Tutak qeyd edib ki, yemək Trampın o qədər xoşuna gəlib ki, o, dərhal həmin təamın reseptini istəyib.
Tramp bu xüsusi resepti Ağ Evin menyusuna daxil etmək niyyətində olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az






