Fevralın 21-də Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ölkəmizə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İqor Qrosunun başçılıq etdiyi Moldova parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldovanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Nikolae Kojuhari və digər rəsmi şəxslər qarşılayıblar.
Burada İqor Qrosu Azərbaycana səfəri barədə media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
Rəsmi səfər fevralın 24-də başa çatacaqdır.
Yanvarın 21-də Moldova parlamentinin sədri İqor Qros Azərbaycana səfərə gəlib.