Moldovada yaşayan azərbaycanlılar zəlzələdən zərərçəkənlərə yardımı göndəribbackend

Moldovada yaşayan azərbaycanlılar zəlzələdən zərərçəkənlərə yardımı göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada yaşayan soydaşlarımız, diaspor fəalları Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə qardaş yardımı göndərib.

Bu barədə İnterpress.az xəbər verir.

Bu ölkədə yaşayan soydaşlarımız tərəfindən Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Türkiyənin zəlzələ bölgəsinə əsasən gündəlik tələbat malları, qida məhsulları, isti geyimlər toplanıb.

Yardım Moldovanın Türkiyədəki səfirliyinə təhvil verilib. Moldovada yaşayan soydaşlarımız tərəfindən yardımlar davam etdiriləcək.