Monqolustan Türkiyəyə axtarış-xilasetmə qrupu və tibbi personal göndərirbackend

Monqolustan Türkiyəyə axtarış-xilasetmə qrupu və tibbi personal göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monqolustan zəlzələlərdən sonra Türkiyəyə axtarış-xilasetmə qrupları və tibbi personal göndərib.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

35 nəfərlik axtarış-xilasetmə qrupu və tibb işçiləri, həmçinin 1500 adyal, 10 ton ət konservi, 2 ton şam və digər yardımları daşıyan təyyarə Türkiyəyə yola düşüb.

Monqolustan baş nazirinin müavini Amarsaikhan Sainbuyan Türkiyəyə yola düşməzdən əvvəl axtarış-xilasetmə qrupu ilə görüşüb.

Sainbuyan buradakı çıxışında Monqolustan ilə Türkiyə arasında tarixən dostluq və ənənəvi əlaqələrin inkişaf etdiyini bildirərək, 2010 və 2016-cı illərdə sərt qış şərtləri ilə əlaqədar Türkiyənin Monqolustana çatdırdığı humanitar yardımı xatırladıb.