Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar varbackend

Monrealda avtobus uşaq bağçasına çırpılıb, ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Monreal şəhərində sərnişin avtobusu uşaq bağçasına çırpılıb.

“Report” “CTV News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 uşaq həlak olub, 6 azyaşlı isə yaralanıb.

Bildirilib ki, avtobusun 51 yaşlı sürücüsü saxlanılıb. O, adamöldürmə və nəqliyyat vasitəsini təhlükəli sürməkdə ittiham olunur.

Region rəhbərliyi ölən və yaralananların dəqiq yaşını açıqlamayıb.