Moskvanın mərkəzində təcili yardım maşını AŞDI: Yaralılar var – VİDEObackend

Moskvanın mərkəzində təcili yardım maşını AŞDI: Yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın mərkəzində təcili yardım maşını aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Moskvanın mərkəzində təcili tibbi yardım maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Şahidlərin sözlərinə görə, kəsişmədə digər nəqliyyat vasitəsi təcili yardım maşınına yol verməyib.

Güclü toqquşmadan sonra həkimlərin olduğu avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal yol polisi və əlavə fövqəladə xidmət briqadaları cəlb olunub. Yaralılara yerindəcə təbii olaraq təcili tibbi yardım göstərilir, onların vəziyyəti dəqiqləşdirilir.

Hazırda Moskva yol polisi tərəfindən qəzanın başvermə səbəbləri, eləcə də yol verməyən sürücünün şəxsiyyəti və məsuliyyəti araşdırılır.

Ərazidə nəqliyyatın hərəkətində qısamüddətli məhdudiyyətlər yaranıb.

Xuraman Etibarlı

İnterpress.az