Mövlud Çavuşoğlu sabah Bakıya gəlirbackend

Mövlud Çavuşoğlu sabah Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

İnterpress.az xəbər verir ki, səfər sabah – martın 5-də baş tutacaq.

M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.

“Prezident İlham Əliyev bizi qəbul edəcək. Bakıda müzakirə edəcəyimiz bəzi məsələlər var”, – XİN başçısı vurğulayıb.