Müflis FTX birjasının banisi 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıbbackend

Müflis FTX birjasının banisi 250 milyon dollar girov qarşılığında sərbəst buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FTX-in keçmiş baş direktoru Sem Bankman-Frid cümə axşamı məhkəmə iclasından sonra 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb.

Bu barədə “Axios” nəşri yazıb.

Məlumata görə, məhkəmə Nyu-Yorkda baş tutub. Müqavilənin şərtlərinə görə, Bankman-Frid Kaliforniyanın Palo Alto (Kaliforniya ştatı) şəhərindəki valideynlərinin evində yaşamalıdır və bina girov kimi xidmət edəcək.

O, pasportunu da təhvil verib və elektron nəzarətdə olacaq. Növbəti iclas 2023-cü il yanvarın 3-də Nyu-Yorkda keçiriləcək.

Bankman-Frid fırıldaqçılıq, kriptovalyutaların qiymət manipulyasiyası və çirkli pulların yuyulmasında ittiham olunur. Bu cinayətlərə görə maksimum cəza 115 il həbsdir.

“Alameda Research”ün keçmiş icraçı direktoru Kerolayn Ellison və Bankman-Fridlə əməkdaşlıq edən “FTX Trading Ltd”nin texniki direktoru Szısyao Van günahlarını etiraf ediblər.