Muğlada 4 bal gücündə zəlzələ olubbackend

Muğlada 4 bal gücündə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirin Qaziemir rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alıb.

Belə ki, saat 04:09-da baş verən yeraltı təkan 8,24 kilometr dərinlikdə qeydə alınıb.

Saat 07:26 radələrində isə bu dəfə Muğla silkələnib. Muğlada 4 bal gücündə zəlzələ baş verib.

AFAD Ulada baş verən zəlzələnin 4 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib. Zəlzələ Muğlanın Ula mahalı və digər rayonlarında hiss edilərkən, can və mal itkisinin olmadığı öyrənilib.