Gənc Müstəqil Sənayeçi və İş Adamları Birliyində (MÜSİAD) daxili parçalanma başlayıb. Buna səbəb isə bir zamanlar MÜSİAD-a rəhbərlik edən Abdurrahman Uzunun qanunsuz əməllərinin hələ də hansısa formada davam etməsidir.
Nəzərinizə çatdıraq ki, hələ ötən ilin yay aylarında təşkilatın idarə heyəti və üzvləri arasında böyük narazılıqlar yaranmışdı və bu da birliyin parçalamasına qədər gətirib çıxarmışdı.
Narazılıqların əsas qaynağı isə idarə heyətinin sədri Abdurrahman Uzunun qanunsuz əməllərinin olduğu bildirilirdi. Çünki artıq Uzunun FETÖ-yə bağlılığı iddia olunurdu və terror təşkilatı ilə əlaqələrinin üzə çıxdığı ilə bağlı üzvlər arasında şayiələr yayılmışdı. Məhz buna görə də artan narazılıqlar sonda onlarla üzvün təşkilatdan istefası ilə nəticələnib. Hətta neçə-neçə iş adamı A.Uzunla birlikdə fəaliyyət göstərməkdən imtina etmişdi.
Amma üzvlərin təşkilatı tərk etməsini görən Uzun isə sonda onları sakitləşdirmək və narazılıqları qismən də olsa aradan qaldırmaq üçün özü istefa verməyə məcbur oldu.
Buna baxmayaraq, o özü istefa versə də qeyri-leqal şəkildə təşkilata rəhbərliyini davam etdirirdi. Çünki MÜSİAD-a seçilən yeni sədr onun öz adamı olub və həmin sədr fəaliyyətini də məhz Abdurrahman Uzunun diqtəsi ilə həyata keçirib və hələ də keçirməkdədir.
Maraqlısı odur ki, bir zamanlar MÜSİAD-da əsən küləklər indi də yeni yaradılan Gənc MÜSİAD-a gəlib çatıb. Artıq burada da parçalanmaların başlanıldığı bildirilir. Qeyd olunur ki, təşkilatda narazılıqların artmasına səbəb bu dəfə də məhz Abdurrahman Uzun olub. Çünki artıq gənc müsiadçılar hamısı bilir ki, yeni təşkilata A.Uzun kurasiyalıq edir.
Nəticə etibarı ilə kurasiyalıq edirsə, burada da onun diqtəsinin mühüm əhəmiyyət kəsb etdiyini anlamaq elə də çətin deyil.
Çünki əlində bir neçə şirkəti olan şəxs artıq hər iki təşkilatı qeyri-leqal şəkildə öz əlində saxlamağı bacarıb və o, terror təşkilatı olan FETÖ-nun maraqlarını burada da təbliğ etməkdə israrlıdır.
İddialara görə A.Uzun Zivella şirkətinin sahibidir. O şirkətdən əldə olunan gəlirlər yalnız və yalnız FETÖ-nün maraqlarının təbliğinə yatırır.