Müxalifət və Rusiya Federasiyası ölkədə yeni hökumət qurmaq niyyətindədir.
interpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O bildirib ki, Rusiya hakimiyyəti Ermənistana və erməni xalqına “atıb”.
Onun sözlərinə görə, o, “donanmanın İsrail sərhədlərinə yaxınlaşmasını və İsrailə düşən raketləri vurmağa başlamasını (ABŞ-nin köməyini nəzərdə tutur), təyyarələrin Kiprdən qalxaraq İsrailə kömək etməyə başlamasını kiçik təəccüb və həsədlə izləyib”.
“Həqiqətən də Xəzərdə Azərbaycana yaxınlaşacaq bir dənə də olsun Rusiya gəmisi yox idi”, – o qeyd edib.
Simonyan əlavə edib ki, müxalifət və Rusiya Federasiyası Ermənistanda yeni hökumətin formalaşdırılması üçün tandemdə işləyir. O, Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtina etməsinə münasibət bildirərək deyib:
“Qoy KTMT son 2-3 ildə öz öhdəliklərini yerinə yetirsin, sonra maliyyə məsələlərindən danışsın”.
Xuraman Etibarlı
İnterpress.az