NATO Qəzzadakı vəziyyətin Yaxın Şərqdə daha böyük münaqişəyə çevrilməsini istəmirbackend

NATO Qəzzadakı vəziyyətin Yaxın Şərqdə daha böyük münaqişəyə çevrilməsini istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Qəzzadakı münaqişənin daha böyük regional münaqişəyə çevrilməsini istəmədiklərini bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. NATO-nun baş katibi Yens Stoltenberq müvəqqəti atəşkəs ümid edib ki, fasilənin daha da uzadılması mümkündür.

NATO-nun bir təşkilat olaraq İsrail-Fələstin məsələsində aktiv rol oynamadığını və bəzi müttəfiqlərin müxtəlif yollarla iştirak etdiyini bildirən Stoltenberq:

“NATO-dan verəcəyimiz mesajlardan biri də odur ki, münaqişə daha böyük regional münaqişəyə çevrilməməlidir. Həmçinin İrana veriləcək mesaj ondan ibarətdir ki, o, bu qeyri-sabitlikdən vəziyyəti daha da gərginləşdirmək və hərəkət edənlərə hakim olmaq üçün istifadə etməməlidir”.