NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcəkbackend

NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.

İnterpress.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“Nazirlər yeni variantları, o cümlədən şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsini nəzərdən keçirmək qərarına gəliblər. Mən Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, – o deyib.