NATO Rumıniyaya AWACS təyyarələri göndərirbackend

NATO Rumıniyaya AWACS təyyarələri göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiyanın hərbi hava fəaliyyətlərini izləmək üçün Rumıniyaya AWACS kimi tanınan havadan erkən xəbərdarlıq təyyarəsi göndərməyə hazırlaşır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

NATO-nun bəyanatına görə, AWACS təyyarələri yanvarın 17-də Rumıniyaya çatacaq.

Təyyarələr NATO-nun bölgədəki mövcudluğunu gücləndirmək və Rusiya Hərbi Hava Qüvvələrinin hərbi fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq.