Rusiyanın kimya istehsalçısı “Fores” Almaniya və ABŞ-ın bu yaxınlarda Ukraynaya verdiyi döyüş tanklarını məhv edən əsgərlərə mükafatlar təklif edib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bu xəbər Vaşinqton və Berlinin keçən həftə Kiyevə ağır zireh göndərilməsini təsdiqləməsindən sonra yayılıb.
ABŞ və Almaniya müvafiq olaraq M1 Abrams və Leopard 2-ni Ukraynaya təhvil verəcəklərini vəd ediblər.