Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niko Popesku ilə birgə mətbuat konfransında bildirib.
O bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır.
“Mən bugünkü görüşdə bu məsələni moldovalı həmkarımın diqqətinə çatdırdım”, – nazir qeyd edib.