Nərminin qan qrupundakı uyğunsuzluqla bağlı iddialara RƏSMİ CAVABbackend

Nərminin qan qrupundakı uyğunsuzluqla bağlı iddialara RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Baş Prokurorluqdan bununla bağlı Lent.az-a bildirilib ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.

Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil

 

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!