Netanyahu və Qalanta həbs orderi tələbi Bayden üçün problemlər yaradacaq – Financial Timesbackend

Netanyahu və Qalanta həbs orderi tələbi Bayden üçün problemlər yaradacaq – Financial Times

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BCM prokurorunun Netanyahu və Qalant üçün həbs orderləri tələbi Bayden üçün problemlər yaradacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır. Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun Netanyahu və Qalantın həbsinə order verilməsi tələbi ABŞ prezidenti Bayden üçün daxili və diplomatik problemlər yaradır.

Qəzet qeyd edir ki, “ABŞ prezidentinin İsrail və Netanyahunu təmkinsiz müdafiə etməsi onun Demokratik Partiyasının tərkibində Qəzza zolağında müharibə ilə bağlı fikir ayrılıqlarını daha da gücləndirməklə hədələyir, çünki partiya sərt seçki mübarizəsinə hazırlaşır”.

Vurğulanır ki, Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı mümkün sanksiyaları “ABŞ-nin münaqişəyə (Qəzza zolağında) son qoymaq üçün danışıqlarda vasitəçi kimi mövqe tutmaq səylərinə xələl gətirə və bir çox ölkələr arasında onun mövqeyini daha da sarsıda bilər”.

Xuraman Etibarlı

İnterpress.az