“Netflix” Rusiyanı dəstəkləməkdə günahlandırıldıbackend

“Netflix” Rusiyanı dəstəkləməkdə günahlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Netflix” platforması Rusiyanın Ukraynaya hücumunu dəstəkləməkdə günahlandırılıb.

İnterpress.az xəbər verir ki, buna səbəb platformanın Rusiyada yayımı hələ də dayandırmamasıdır. Bununla bağlı müğənni Vera Brejnevanın qızı Sofiya Kiperman çağırış edərək bildirib:

“Sosial şəbəkələrdə “Netflix”ə şərhlər yazın, cavab tələb edin və məsuliyyəti öz üzərinə götürənə qədər abunəliyi dəyişin”.

Qeyd edək ki, ötən ilin sonunda “Netflix” “Roskomnadzor”un audiovizual xidmətlərinin reyestrinə daxil olub və martın 1-dən platformada Rusiyanın 20 federal kanalı yayımlanacaq.