2015-ci ildən bəri “Boko Haram” terror təşkilatının nəzarətində olan əraziləri geri almaq üçün 1 milyard dollar xərclədik.
İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigeriya prezidenti Məhəmməd Buhari bildirib.
“Boko Haramın əlində olan yerləri geri almaq üçün 2015-ci ildən bəri ABŞ və digər dostlardan silah almaq üçün 1 milyard dollar xərclədik”.
Boko Haram təşkilatının 2015-ci ildə Borno əyalətinin üçdə ikisinə, Yobe əyalətinin yarısına hakim olduğunu ifadə edən Buhari Çad, Niger, Kamerun və Benində təşkilata qarşı hərtərəfli mübarizə aparıldığını qeyd edib.
Buhari silah və hərbi texnikanın alınması üçün ödənilən pulun təhsil, səhiyyə, infrastruktur və digər sosial xidmətlərə ayrılması lazım olduğunu vurğulayıb.
Nigeriyada 2000-ci illərin əvvəlindən 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.






