Nigeriyada karnaval zamanı azı 14 nəfər həlak olub, onlarla insan yaralanıbbackend

Nigeriyada karnaval zamanı azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın cənubundakı liman şəhəri Kalabarda keçirilən məşhur karnaval zamanı sürücünün avtomobili baykerlərin üstünə sürməsi nəticəsində azı 14 nəfər ölüb, daha 24 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürət həddini aşan sürücü idarəetməni itirib.

Polis hadisəni törədən sürücünü həbs edib. Onun idarəetməni itirərək avtomobili kütləyə çırpdığı bildirilir. Hadisə avtomobillərin hərəkəti üçün bağlanan əsas karnaval yollarından birində məşhur bayker paradı zamanı baş verib.

Tədbirdə ölkənin hər yerindən məşhurlar da daxil olmaqla, bir sıra baykerlər iştirak edir, onlardan bəziləri rəngli kostyumlar geyinir və tryuklar edirlər.

Qeyd edək ki, bir neçə tədbiri əhatə edən, hər il bir ay davam edən karnaval Nigeriyada 2004-cü ildən çox populyarlaşıb.

Afrikanın ən böyük küçə şənliyi hesab edilən tədbir dekabr ayı ərzində yerli sakinləri və beynəlxalq turistləri cəlb edir.