Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 20 nəfər ölübbackend

Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 20 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Rivers əyalətində neft boru kəmərində baş verən partlayışda 20 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Rivers əyalətinin Omoku bölgəsində neft şirkətinin borusunun gənclər tərəfindən deşildiyi bildirilib. kim neft oğurlamaq istəyib.

Bu vaxt baş verən partlayışda 20 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Səlahiyyətlilər hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyini və partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.

Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman zaman neft oğurluğu hadisələri baş verir.

Hökumət bu il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulduğunu açıqlayıb.