Nigeriyada yeni epidemiya: Ölənlərin sayı 40-a çatıbbackend

Nigeriyada yeni epidemiya: Ölənlərin sayı 40-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkələrindən olan Nigeriyada difteriya epidemiyasında həyatını itirənlərin sayı 40-a yüksəlib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, difteriya epidemiyası 2022-ci ilin dekabrından ölkənin 5 ştatında yayılıb.

Həmin müddət ərzində ştatlarda 523 şübhəli difteriya hadisəsi olub və 216-nın testi müsbət çıxıb.

Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.