Nokia Samsung ilə yeni 5G patent müqaviləsi imzalayıbbackend

Nokia Samsung ilə yeni 5G patent müqaviləsi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nokia 2022-ci ilin sonunda başa çatan köhnə müqavilədən sonra Samsung ilə yeni çapraz lisenziya müqaviləsi imzalayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Fin şirkətinin bəyanatına görə, Samsung 2023-cü il yanvarın 1-dən Nokia-nın 5G və digər texnologiyalarından istifadə üçün çoxillik ödəniş edəcək.

Açıqlamada müqavilənin şərtlərinin məxfi qalacağı bildirilib.

Nokia müqavilənin şirkətin əvvəlki uzunmüddətli perspektiv bəyanatına uyğun olduğunu açıqlayıb.