Normadan artıq yağıntıların meyvə-tərəvəzlə yanaşı, digər malların qiymətinə təsiri – ŞƏRHbackend

Normadan artıq yağıntıların meyvə-tərəvəzlə yanaşı, digər malların qiymətinə təsiri – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəskin hava şəraiti Rusiiyada 40% meyvələri və bəzi tərəvəzləri məhv edib, bəzilərinin 60%-ə qədər məhsuldarlığı azallb. Bu da kəskin qiymət artımına və eləcə digər ərzaq mallarının bahalaşmasına səbəb ola bilər.

Bəs ölkəmizdə vəziyyət necədir? Donvurma, yaxud dolu. yağış məhsuldarlığa necə təsir göstərib, həmçinin qiymətlərin artımı digər mallarda da ola bilərmi?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

Ekspert bildirib ki, bu cür hava şəraiti nəinki meyvə-tərəvəzə, hətta digər ərzaq məhsullarının da qiymətinə mütləq təsir edir.

“Küləkli hava şəraiti və normadan artıq düşən yağışlar məhsuldarlığa ciddi təsir göstərir. Güclü külək bitkiləri və meyvə ağaclarını əyir, qırır və buda məhsulun itkisinə səbəb olur.

Davamlı külək torpaqdakı suyu buxarlandıraraq su çatışmamazlığı yaradır. Həmçinin havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı məhsullarının qiymətindədə özünü biruzə verir.

Mütəmadi havaların qeyri-sabit keçməsi kənd təsərrüfatı sahələrində, nəqliyyatda əlavə xərclərlə müşahidə olunur. Bu isə istehlakçılar arasında narazılıqla qarşılanır.

Yağıntılardan ziyan çəkən fermerlər çəkdikləri xərcləri qarşılamaq üçün çıxış yolunu bazara çıxarılacaq məhsulların qiymətini artırmaqda görürlər.

Adətən, yaz və yay aylarında meyvə-tərəvəzlərin bol olması müşahidə olunur. Ancaq düşən normadan artıq yağıntılar bu fikri alt-üst edir.

Həmçinin kənd təsərrüfatında istifadə olunan gübrə və  materialların qiymətinin artımı da məhsullarda özünü göstərə bilir”, – ekpert fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az