Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarıldıbackend

Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.

Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.