NYT: “ABŞ Ukraynaya Krımı geri almağa yardım etməyə hazırlaşır”backend

NYT: “ABŞ Ukraynaya Krımı geri almağa yardım etməyə hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya işğal altındakı Krım yarımadasında Rusiya qoşunlarına zərbə endirməsinə kömək etmək üçün onun hücum imkanlarını gücləndirməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məqalə dərc edib.

Nəşr qeyd edib ki, ABŞ-nin bu məsələdə mövqeyi tədricən dəyişməyə başlayır. Qəzetin yazdığına görə, Vaşinqton uzun illərdir ki, Krımın Rusiya tərəfindən ilhaqını tanımaqdan imtina edir, ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra hələ də yarımadadakı Rusiya bazalarını vura biləcək uzaqmənzilli silahlar verməməklə sərt mövqe tutur.

Nəşrin məlumatına görə, bu xətt indi yumşalmağa başlayır. Ukrayna rəsmiləri ilə aylarla davam edən danışıqlardan sonra Bayden administrasiyası Rusiya bazalarına zərbələr endirmək üçün Kiyevin vəsaitə ehtiyacı olmasına meyil edir. Belə bir hərəkət eskalasiya riskini artırsa belə.

Xüsusilə, mənbələrin məlumatına görə, ABŞ Prezidenti əmindir ki, Krımda rusiyalılara zərbələr gələcək istənilən danışıqlarda Ukrayna tərəfinin mövqeyini gücləndirəcək. Üstəlik, son aylarda Kremlin taktiki nüvə silahı ilə cavab verə biləcəyi qorxusu da yox olub.

Nəşr yazıb ki, hazırda Bayden administrasiyası ən cəsarətli addımlarından birini – Rusiya Prezidenti Vladimir Putinin “keçmiş şöhrətin bərpasının” bir hissəsi kimi gördüyü yarımadanın azad edilməsində Ukraynaya kömək etməyi düşünür.