Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunubbackend

Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ukraynanın Odessa şəhərindən 130 azərbaycanlı iki avtobusla Moldova sərhədinə təxliyə olunub”.

Bunu Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev deyib.

O bildirib ki, onlardan 50 nəfəri Nikoloyev şəhərindən gələnlərdir: “Onlar gecəni Odessada qalıblar. Bu gün yola salındılar. Günortadan sonra azərbaycanlıların olduğu daha bir avtobusun yola salınması gözlənilir”.