Oleksey Danilov: “Rusiya fevralın 24-də Ukraynaya kütləvi hücum planlaşdırır”backend

Oleksey Danilov: “Rusiya fevralın 24-də Ukraynaya kütləvi hücum planlaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya fevralın 24-də, Ukraynaya işğalının ildönümündə kütləvi hücum planlaşdırır”.

İnterpress.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov bildirib.

Danilov bildirib ki, Ukrayna zərbələrə hazırdır və bunun öhdəsindən gələcək.

“Biz buna hazırıq. Düşünürəm ki, bir gündə 115-120 raket aldıqdan sonra hücumların nə olduğunu artıq bilirik. Bu günün də öhdəsindən gələcəyik. Bəli, çətin olacaq, buna hazırlaşmalıyıq. , lakin biz sakit olmalıyıq, başa düşməliyik ki, hamımız bunun öhdəsindən gələcəyik”, – Danilov bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, yayda bütövlükdə cəbhədə və ayrı-ayrı bölmələrdə tamamilə fərqli vəziyyətin şahidi olacağıq. Onun sözlərinə görə, Ukrayna əsgərləri güclü və vahiddir, işğalçılar isə nə motivasiyalıdırlar, nə də nə üçün vuruşduqlarını başa düşmürlər.