Ölkədə mövcud epidemioloji vəziyyət AÇIQLANDIbackend

Ölkədə mövcud epidemioloji vəziyyət AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq iki ilə yaxındır ki, yeni koronavirus infeksiyası ilə mübarizə aparırıq. Bu aylar ərzində hər birimiz öz həyatında bu infeksiyanın təsirini bu və ya digər dərəcədə hiss etməkdəyik. Bu müddət ərzində xəstəlik haqqında bilgilərimiz xeyli genişlənib, virusa yoluxmadan özümüzü və yaxınlarımızı qorumaq üçün səfərbər olmuşuq”.

bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədə epidemioloji vəziyyəti dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, dövlətimiz infeksiyaya qarşı bütün zəruri tədbirləri həyata keçirir:

“Bu durumdan qalib çıxmaq üçün vətəndaş məsuliyyətinin nə qədər gərəkli olduğunu da anladıq. Birgə işlərimiz öz töhfəsini verməkdədir. İnfeksiyanın yayılması üçün əlverişli olan payız-qış mövsümündə olsaq da, epidemik prosesi nəzarət altına almağımız hər birimiz üçün sevindiricidir. Bunun əksinə olaraq, yaxın və uzaq qonşuluğumuzdakı bir çox ölkələrdə vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu bizə bir daha arxayınlaşmamağı, əldə edilənləri qoruyub çoxaltmağı diktə edir”.