Sankt-Peterburqda terror təşkilatına yardımda təqsirləndirilən şəxs 16 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda Rusiyada ekstremist və terror təşkilatı kimi tanınan “Rusiya Azadlıq Legionu”na yardım etməkdə ittiham olunan şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqın məlumatına görə, həmin şəxs təşkilatın nümayəndələri ilə özü əlaqə saxlayıb və onların tapşırıqlarını yerinə yetirib.
O, digər şəxslərlə əlaqə yaratmaq üçün istifadə olunan telefon və SIM-kartları, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğuların yığılması üçün nəzərdə tutulan komponentləri çatdırıb.
Bundan başqa, onun şəhərdə kəşfiyyat xarakterli məlumatlar topladığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






