Ölkəmizin xarici siyasəti: “Azərbaycan Avroatlantik məkana inteqrasiyanı alqışlayır”backend

Ölkəmizin xarici siyasəti: “Azərbaycan Avroatlantik məkana inteqrasiyanı alqışlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa siyasi sisteminə inteqrasiya gələcəkdə rifah üçün xeyirli və əlverişlidir”.

Bu sözləri Azərbaycanın xarici siyasətdəki balans prinsipini şərh edən siyasi şərhçi Ağşin Kərimov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu balans təhlükəsizliklə əlaqədardır və yerləşdiyi coğrafiyanın mürəkkəb geosiyasi statusuna verilən çevik reaksiyadır:

“Azərbaycan Avroatlantik məkana, onun strukturlarına inteqrasiyanın tərəfdarıdır. Bir neçə mühüm strateji sənədi və bağlanan müqavilələri incələmək kifayətdir ki, Azərbaycanın hansı platformanı üstün tutduğunu görmək mümkün olsun. Avropa siyasi sisteminə inteqrasiya gələcəkdə rifah üçün xeyirli və əlverişlidir. Ancaq ortada ucalan maneələr var və bu baryerləri aşmaq lazımdır ki, Avroatlantik məkanın üzvünə çevriləsən. Azərbaycan nəzəri olaraq Avroatlantik məkana inteqrasiyanı alqışlayır və bunun əlamətləri də bəzən aşkar görünür. Lakin Azərbaycan bunu Rusiya əleyhinə tuşlanan silah kimi inkişaf etməsinin tərəfdarı deyil.
Balans siyasəti çox uğurludur və düşünürəm ki, Azərbaycanın situativ addımları uzunmüddətli perspektiv üçün təhdidləri zərərsizləşdirir”.