Novosibirskdə çeçenlər Çeçenistandan qaçan Ayşat Xizriyevanı qaçırmağa çalışırlar.
İnterpress.az xəbər verir ki, bu barədə “Sotavision” məlumat yayıb.
Novosibirskdə Çeçenistandan qaçan Ayşat Xızriyevanı qaçırmağa cəhd edilib. Hadisədən sonra qız polis şöbəsinə sığınmağa məcbur olub.
Məlumata görə, Ayşat Xızriyeva onu zorla atasına qaytarmaq istəyənlərdən qaçır.
O, geri qaytarılacağı təqdirdə ölüm təhlükəsi ilə üzləşəcəyini bildirir.
Qız ictimaiyyətdən kömək istəyərək, başına gələnlərin geniş şəkildə işıqlandırılmasını xahiş edib.
Xuraman Etibarlı
İnterpress.az






