“Omikron”un yeni alt növü aşkarlandı – Rusiyada backend

“Omikron”un yeni alt növü aşkarlandı – Rusiyada 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 21-də Böyük Britaniyada aşkar edilmiş “omikron” ştamının “BA.2” adlı yeni alt növü Rusiyada müəyyən edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova məlumat verib.

Rospotrebnadzorun məlumatına görə, BA.2-yə yoluxma hallarının böyük əksəriyyəti Moskvada, Mari El Respublikasında, Rostov vilayətində və Başqırdıstan Respublikasında aşkar edilib.

İlkin məlumatlara görə, “omikron”un yeni alt növü xüsusilə yüksək sürətlə yayılır.