Omskda avtomobil izdihama ÇIRPILDI: 8 nəfər XƏSARƏT ALDIbackend

Omskda avtomobil izdihama ÇIRPILDI: 8 nəfər XƏSARƏT ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda avtomobilin izdihama çırpılması nəticəsində səkkiz nəfər yaralanıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Omsk şəhərində kütləvi xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yüksək sürətlə yol kənarındakı izdihama çırpılıb.

Omsk vilayət prokurorluğunun yaydığı rəsmi məlumata görə, bədbəxt hadisə nəticəsində 8 nəfər dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı yeddi piyada və bir avtomobil sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal xilasedicilər, Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları və prokurorluq nümayəndələri cəlb olunublar.

Təcili yardım xidmətlərinin məlumata görə, piyadalar qrupunu vuran avtomobilin sürücüsü avtomobil idarə edərkən qəfildən özünü pis hiss edib.

Xuraman Etibarlı

İnterpress.аz