“Onlar pul və vəzifə istəyir” – Köçəryanın bəyanatının pərdəarxasıbackend

“Onlar pul və vəzifə istəyir” – Köçəryanın bəyanatının pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Emrənistanın keçmiş prezidenti, müxalif “Hayastan” fraksiyasının başçısı Robert Koçaryan ölkə vətəndaşlarını indiki hakimiyyətin Azərbaycanla hər hansı sənəd imzalamasına yol verməməyə çağırıb. Onun fikrincə, belə bir sənədin imzalanmasında həm Ermənistana, həm də Dağlıq Qarabağa təhlükə var.

Mövzü ilə bağlı “Yeni Sabah”a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, buna səbəb onların var-dövlət və vəzifə hərislikləridir:

“Bunun izhaı çox sadədir. Ermənistanın hazırki müxalifəti – Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətdə olanda xeyli varlandılar. Hakimiyyətdən, vəzifədən sui-istifadə edərək var-dövlət yığdılar.

Robert Koçaryan Sovet dövründə Xankəndidə yerləşən Qarabağ İpək Kombinatının Partiya Komitəsinin rəhbəri idi. Normal sovet maaşı alırdı, bu da o vaxtkı pulla 300-400 rubl edirdi, ya yox.

Bu isə partiya hərəkatına qoşuldu, “KQB” ilə əlaqələr qurdu, separatçı fikirlərə yönəldi, gəldi Ermənistanın prezidenti oldu və 8 il hakimiyyətdə qaldı. Özü də, hamı bilir ki, necə oldu. Rəqiblərini, əsasən Karen Dəmirçiyan və Vazgen Sarkisyanı öldürərək, seçkiləri saxtalaşdıraraq gəldi və 8 il ərzində oldu multi-milyarder. Vəssalam!”

Z. Əlizadə iddia edir ki, Rusiyada Vladimir Yevtuşenkonun “AFK Sistema” adlı şirkətinin əsas səhmdarlarından biri elə məhz Rober Koçaryandır:

“O adam istirahət edəndə, gedirdi Aralıq dənizində erməni əsilli fransız milyarderlərin yaxtalarında gəzirdi. Onun İrəvanda və Moskvada gözəl evi, saymaqla qurtarmayacaq pulları var. Bu adam nəyin sayəsində bu qədər sərvətin yiyəsi olub? Vəzifənin sayəsində, əlbəttə. İndi vəzifəsini itirib, istəyir ki, sərvətini artırsın. Ona görə də, o erməni xalqını xamlayır, təzədən nağıllar danışır, deyir ki, biz Qarabağı geri alacağıq, delimitasiya və demarkasiyaya getməməliyik, Qarabağın Azərbaycanın ərazisi olma reallığını tanımamalıyıq və biz Paşinyan hakimiyyətini ya barrikadalarla, ya da seçkilərlə udacağıq. Seçki oldu da və siz 25% aldınız, Paşinyan da, 75% səslə qələbə qazandı və erməni xalqı onu seçdi”.

Siyasətçi Ermənistandakı etiraz aksiyalarının əsas səbəbini şərh edərkən deyib:

“Bunun izahı çox sadədir: Onlar pul və vəzifə istəyirlər. Ona görə də xalqa demokratiya, azadlıq, müstəqillik və s. boş-boş şeylər danışır. Onlar vəzifəyə gəlmək istəyirlər, amma anlamırlar ki, erməni müxalifətinin kitabı bağlandı.

Dünən xalqımız Zəfər Bayramını qeyd etdi və bunu artıq hər kəs anlamalıdır ki, Ermənistanın Azərbaycana müharibə açmasının nə imkanı, nə də fürsəti var. Heç bir halda bu olmayacaq. I Qarabağ Müharibəsində onların bəxti gətirdi, çünki Bakıda hakimiyyət davası gedirdi və heç kəs vətəni, Qarabağı fikirləşmirdi. Amma indi oturuşmuş hakimiyyət var”.

Politoloq onu da vurğualdı ki, Koçaryan özü erməni xalqının, erməni dövlətinin bir nömrəli düşmənidir:

“Erməni xalqının və dövlətinin səadəti qonşularla mehriban əlaqələrdə, beynəlxalq hüquqa hörmətdə, iqtisadi-ticari əlaqələrin genişlənməsində, bölgədə qarşılıqlı etibar və etimadın yaradılmasında, sərhədlərin açıq olmasında, mal, dövriyyə, iş qüvvəsinin tədavülündə və s. şeylərdədir. Avropa necə xoşbəxt olubsa, biz də, – Cənubi Qafqaz da, elə xoşbəxt olmalıyıq. İnkişafa başlamalıyıq. Bunun əksini deyənlər barbarlığı, geriliyi istəyirlər və bunu da sərvət naminə edirlər”.