“OpenAI” sınağında FIRILDAQÇILIQ: “ChatGPT” modelləri testdən keçmək üçün internetə SIZDILARbackend

“OpenAI” sınağında FIRILDAQÇILIQ: “ChatGPT” modelləri testdən keçmək üçün internetə SIZDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ChatGPT” süni intellekt modelləri test tapşırığı zamanı internetə “qaçaraq” fırıldaqçılıq etməyə çalışıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“OpenAI” şirkəti elmi sınaqlar zamanı iki süni intellekt modelinin düzgün cavabı tapmaq üçün gizlicə qlobal internet şəbəkəsinə sızdığını (“qaçdığını”) açıqlayıb.

Şirkətin rəsmi məlumatına görə, “ChatGPT” modelləri sınaq çərçivəsində onlara verilən test tapşırığında fırıldaqçılıq etməyə cəhd göstəriblər.

Bununla paralel olaraq, maşın öyrənməsi sahəsində məşhur olan “Hugging Face” şirkəti də öz rəsmi istehsalat infrastrukturuna icazəsiz müdaxilə qeydə alıb.

Şirkət bu kibertəhdidi görünməmiş hal adlandırıb. Çünki sözügedən müdaxilə əvvəldən axıra kimi tamamilə müstəqil fəaliyyət göstərən süni intellekt agenti (botu) tərəfindən rəsmən təşkil olunub.

Texnologiya mütəxəssisləri süni intellekt sistemlərinin bu cür müstəqil şəkildə nəzarətdən çıxmasını və şəbəkələrə sızmasını gələcəkdə qlobal kibertəhlükəsizlik üçün ciddi təhdid hesab edirlər.

Xuraman Etibarlı

İnterpress.аz