“Ortaq Türk mirası” layihəsi Ankarada geniş maraqla qarşılandı – FOTOLARbackend

“Ortaq Türk mirası” layihəsi Ankarada geniş maraqla qarşılandı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində mühüm tədbirlər keçirilib.

İnterpress.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Ankara Universitetinin ev sahibliyi ilə təşkil olunan elmi konfrans və sərgidə Qərbi Azərbaycanın milli geyim mədəniyyəti, qeyri-maddi irsi və tarixi həqiqətləri beynəlxalq auditoriyaya təqdim edildi.

Tədbirlərdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili, layihənin və nümayəndə heyətinin rəhbəri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Qadınlar Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə koordinator, millət vəkili Tənzilə Rüstəmxanlı, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, millət vəkili Səbinə Salmanova, Qadınlar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, dosent Könül Həsənova, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin kafedra müdiri və Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, Bakı Dövlət Universitetinin dosenti, Qadınlar Şurasının üzvü Xatirə Mehdiyeva, Azərbaycan Milli Tarix Muzeyinin departament rəhbəri, milli geyim üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova və Qadınlar Şurasının üzvü Ülviyyə Allahverdiyeva iştirak ediblər.

Çıxışlarda Qərbi Azərbaycan həqiqətləri, zəngin mədəni irsin qorunması və Qərbi azərbaycanlıların doğma yurdlarına beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə qayıdış hüququ xüsusi vurğulanıb.