“Övladı ev alıb, mülk qoymaqla xoşbəxt etmək olmur” – Zamiqbackend

“Övladı ev alıb, mülk qoymaqla xoşbəxt etmək olmur” – Zamiq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Allahın yaratdığı canlıları sevin, onlara silah çəkməyin, ov adı ilə meşədəki heyvanları qırmayın. Günü-gündən fəlakətlər artır, dünya Allahın qəzəbinə tuş gəlib”.

İnterpress.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə yazıb. Oğlu və iti ilə fotolarını paylaşan sənətçi insanlara səslənib:

“Ey insan oğlu, etmə-eləmə! Allahın yaratdığı canlıları öldürmə, onları sev ki , qoy övladlarımız gələcəkdə, ruhu təmiz, firəvan, rahat, xoşbəxt yaşasın. Övladının gələcəyini fikirləşmək – ona ev almaq, mülk buraxmaqla xoşbəxt etmək demək deyil. Onun gələcəyini xoşbəxt etmək üçün ona yaxşı təhsil ver, canlılara hörməti, sevgi, dürüstlüyü, səbr etməyi öyrət. Bax, budur onların gələcəyi. İnan, o zaman sənə təşəkkür, ruhuna rəhmət oxuyacaqlar. Allahın yaratdığı bütün canlıları sev, qoy dünyamız gözəlləşsin”. (axsam.az)